Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2024 , 20:56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Türk Dünyası Bələdiyyələr Birliyi İdarə Heyətinin növbəti toplantısı İstanbul şəhərində baş tutub


Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) aprel ayının 25-də  İdarə Heyəti toplantısı Pendik bələdiyyəsinin təşkilatçılığı ilə İstanbul şəhərində baş tutub.  İclasda Albaniya, Azərbaycan, Kuzey Kıprıs Türk Cumhuriyyəti, Livan, Monqolustan, Qaqauziya, Özbəkistan və Türkiyədən olan idarə heyətinin on bir nəfər  üzvü iştirak edib. Qeyd edək ki, bu barədə məlumatı TDBB-I yayıb.

Belediyye.infonun əldə etdiyi məlumata görə,  Azərbaycanı bu tədbirdə  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov təmsil edir.

İdarə heyətinin iclasında 01 yanvar – 25 aprel 2024-cü il tarixdə TDBB tərəfindən görülən işlər haqqında məlumat verilib.

İclasda həmçinin  qarşıdakı müddət ərzində TDBB-nin dəstəyi ilə üzv dövlətlərdə müxtəlif layihələrin keçirilməsi və bir sira sosial-iqtisadi sahələrə yardımların göstərilməsi ilə bağlı proqramlar barəsində məlumatlar müzakirə edilib.

İclasda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxış edib.

Qeyd edək ki, ümumi olaraq TDBB-nin 30 ölkədən mindən çox üzvü var.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024